Millimizin oyun təqvimi

post-img

Azərbaycanın 17 yaşadək qız­lardan ibarət komandasının Avropa çempionatının seçmə mərhələsində keçirəcəyi oyunların təqvimi müəy­yənləşib.

UEFA Millətlər Liqası formatında oktyabrın 2-dən 8-dək Xorvatiyada keçiriləcək yarışda yığmamız yerli komanda ilə yanaşı, Lüksemburq və Malta futbolçuları ilə mübarizə apara­caq. 

Belə ki, oktyabrın 2-də Azərbay­can Lüksemburq, 5-də Xorvatiya, 8-də isə Malta ilə üz-üzə gələcək. 

Leyla SABİRQIZI
XQ

İdman