Premyer Liqa: “Qəbələ” “Qarabağ”a qarşı oynayacaq

post-img

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında VII tura yekun vurulacaq. XQ Peşəkar Futbol Liqasına (PFL) istinadən xəbər verir ki, son çempion “Qarabağ” autsayder “Qəbələ"nin qonağı olacaq.

Qəbələ şəhər stadionunda keçiriləcək görüşdə “qırmızı-qaralar” sonuncu pillədən qurtulmaq üçün cidd-cəhdlə mübarizə aparacaqlar. Ağdam təmsilçisi isə qalib gəlmək üçün bütün gücü ilə mübarizə aparacaq. Belə ki, ağdamlılar qalib gələcəkləri təqdirdə lider “Zirə” ilə aradakı xal fərqini 3-ə endirəcəklər.

Qeyd edək ki, turun əvvəlki oyunlarında “Səbail” “Araz-Naxçıvan”ı məğlub edib (1:0), “Sumqayıt” – “Turan Tovuz” (0:0), “Zirə” – “Neftçi” (1:1) və “Sabah” – “Kəpəz” (2:2) matçları isə heç-heçə yekunlaşıb.

 

Elçin ABBASOV

XQ

İdman