Ermənistan zəif və məzlum deyil, iqtisadi cəhətdən inkişaf etməkdədir və təcavüzkardır

post-img

Qərbin və Rusiyanın bəzi yalançı KİV-lərində mövcud vəziyyəti təsvir edərkən Ermənistan həm Rusiya, həm də Azərbaycan-Türkiyə tandeminin təzyiqinə məruz qalan zəif və kasıb bir dövlət kimi təqdim olunur. Əslində isə bu belə deyil. Bu fikirləri Cənubi Qafqaz Tədqiqatlar Mərkəzinin rəhbəri Fərhad Məmmədov bildirib. Politoloq deyib ki, bunun üçün faktlara baxmaq kifayət edir:

- Ötən il Ermənistanda iqtisadi artım ikirəqəmli, yəni 10 faizdən çox olub. Bu il ötən illə müqayisədə 6 ay ərzində artım 7,5 fazi təşkil edir. Yəni, o, iqtisadi və maliyyə potensialı olan inkişaf etməkdə olan bir ölkədir.

- Ermənistan Ukraynadakı müharibənin iki ilində Rusiya ilə ticarət dövriyyəsini üç dəfə artırdı və iyirmi ildə ilk dəfə ticarət dövriyyəsində müsbət saldoya girdi!

- Ermənistan hərbi büdcəsini 40 faiz artırıb. Hindistandan və digər ölkələrdən silah alır.

- Ermənistan Azərbaycan ərazisində törəmə "dövlət" saxlamağı özünə rəva görürdü və bunun üçün hər il 400 milyon dollar xərcləyirdi

- Ermənistan Qarabağda silahlı qüvvələri tam silahlarla saxlamağa icazə verdi. Açılan anbarlarda zirehli texnika və tanklar, artilleriya və minaatanlar, Ermənistanın özünün ehtiyac duymadığı və Qarabağa yerləşdirdiyi çoxlu sayda adi silahlar nümayiş olunur. Məntiqə görə, İrəvan bütün bunları Ermənistana aparmalı idi.

- Ermənistan büdcəsi ABŞ və Avropanın çoxsaylı media qurumlarında qarayaxma kampaniyasının maliyyələşdirilməsi kimi xarici lobbiçilərə pul ödəməyə imkan verir.

- Ermənistan sərhədləri qorumaq üçün pul xərcləmir (Rusiya), endirimlə qaz alır (Rusiya), bütün sahələrdə islahatlar ABŞ və AB tərəfindən ödənilir!

- Ermənistanın Azərbaycana qarşı qanunvericilik səviyyəsində ərazi iddiası var!!!

Beləliklə, Ermənistan inkişaf edən və təcavüzkar ölkədir.

Anar Əli,

XQ

Siyasət