Qlobal borc 307 trilyon dollara çatıb

post-img

Cari ilin birinci yarısında beynəlxalq maliyyə qurumlarında qlobal borc 10 trilyon dollar artaraq 307 trilyon dollara çatıb. Bu barədə “Reuters” agentliyi Beynəlxalq Maliyyə İnstitutuna istinadən məlumat yayıb. 

Məlumatda bildirilir: "Qlobal borcun ÜDM-ə nisbəti ardıcıl olaraq 2-ci rübdür ki, artır və 336 faizə yüksəlib. Bu rəqəm 2023-cü ilə qədər 7 rüb ərzində azalırdı".

Son borc artımının 80 faizdən çoxu inkişaf etmiş dövlətlərin payına düşür. Ən böyük borc artımı ABŞ, Yaponiya, Böyük Britaniya və Fransada qeydə alınıb. 

İnkişaf etməkdə olan bazarlar arasında ən böyük artım isə böyük iqtisadiyyatlardan, yəni Çin, Hindistan və Braziliyadan gəlib. 

P.ƏFƏNDİ

Dünya