Ağcabədililər 11 min 493 hektar sahədə pambıq becərirlər

post-img

Bu il Ağcabədi rayonunda 11 min 493 hektar sahədə pambıq əkini aparılıb. Hazırda pambıq sahələrində kompleks aqrotexniki becərmələr davam etdirilir, zərərvericilərə qarşı mübarizə aparılır. 

Xüsusilə pambığa ziyan verən tütün tripsi, mənələr, hörümçək toru (gənəciyi) və sovkaya qarşı lazımi tədbirlər görülür. Hər gün əkin sahələridə mütəxəssislər tərəfindən baxışlar keçirilir, zərərvericilər aşkar olunan ərazilərdə dərmanlanma işləri həyata keçirilir, bununla yanaşı, məhsulun yetişməsi üçün suvarılma işləri davam etdirilir. 

Lakin rayonun Aran, Qaradolaq, Yeni Qaradolaq, Mehrablı, Kəbirli kəndlərinin pambıq sahələrinin suvarılması üçün iastifadə olunan Araz çayının qolu olan Xan qızı kanalında su yoxdur. Bununla bağlı rayon rəhbərliyi Meliorasiya və Su Təsərrüfatı ASC-nin rəhbərliyi ilə problemi həll etməyə çalışır. Bugünlərdə həmin ərazilərdə suvarma suyunun verilişi bərpa olunmalıdır.

Ötən il 40 min 362 ton pambıq təhvil verilib ki, bu da hər hektardan 30,4 sentner “ağ qızıl” deməkdir. Bu il isə orta məhsuldarlıq 33-34 sentner gözlənilir.

P.ƏFƏNDİ

İqtisadiyyat