Erməni politoloq: Paşinyanın gəlişi ilə Ermənistanın potensialı sıfıra endi

post-img

Baş nazir Nikol Paşinyanın dünənki bəyanatı yeni eranın başlanğıcı ola bilər, lakin bu dövr Ermənistanın və erməni xalqının maraqlarına əsaslanmayacaq. “Caliber” erməni mətbuatına istinadən xəbər verir ki, bu barədə politoloq Suren Surenyants bildirib.

“Vətənpərvərlik əclafların son sığınacağıdır” məşhur ifadəsi var ki, o, bugünkü reallıqları və Paşinyanın əl atdığı əməlləri tam əks etdirir. Ölkəni fəlakət, kapitulyasiya və vətəndaş toqquşmalarının astanasına gətirən adam özünü suverenliyin müdafiəçisi kimi göstərməyə çalışır”, - deyə Surenyants bildirib.

O, Paşinyanın gəlişi ilə Ermənistanın potensialının sıfıra endiyini vurğulayıb. Onun sözlərinə görə, hətta sovet dövründə də Ermənistanda subyektivlik indikindən daha yüksək səviyyədə olub: “Paşinyan gələnə qədər bizim Rusiya, ABŞ, İran və Gürcüstanla əla münasibətlərimiz var idi. Lakin Paşinyanın ritorikası və hərəkətləri vəziyyəti dəyişdi”.

 

Rizvan FİKRƏTOĞLU

XQ

Dünya