Kamran Zeynalov qızıl medal qazanıb

post-img

Güllə atıcımız Kamran Zeynalov Perunun Lima şəhərində keçirilən dünya çempionatının qızıl medalını qazanıb.

Azərbaycan Milli Paralimpiya Komitəsindən "XQ"-yə bildirilib ki,  K.Zeynalov 50 metr məsafəyə atışda 220.5 xal toplayaraq fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

İdmançımız bu nəticəni əldə etməklə "Paris-2024" XVII Yay Paralimpiya Oyunlarına birbaşa lisenziya qazanıb.

 

Elçin ABBASOV

XQ

İdman