İrəvandakı etiraz aksiyalarında 142 nəfər saxlanılıb

post-img

İrəvanda keçirilən kütləvi etiraz aksiyalarında 142 nəfər saxlanılıb.

Bu barədə "İnterfaks" Respublika polisinə istinadən xəbər verir. Qeyd olunur ki, Ermənistan müxalifəti səhər saatlarında Yerevanın doqquz inzibati rayonundan altısında küçələri bloklamağa başlayıb. Etirazçılar ölkənin Baş naziri Nikol Paşinyanın istefasını tələb edirlər. Bir sıra aksiyalara Ermənistan parlamentinin keçmiş və hazırkı müxalif deputatları rəhbərlik edirlər.

Bildirilir ki, saxlanılanlar arasında Ermənistan parlamentinin deputatı Tadevos Avetsyan da var. 

Qeyd edək ki, müxalifətin Paşinyanın istefasını tələb edən etiraz aksiyaları sentyabrın 19-da, Azərbaycan Silahlı Qüvvələrinin Dağlıq Qarabağda antiterror tədbirlərinə başlanmasından sonra başlayıb. Paşinyanın və onun hökumətinin hakimiyyətdən kənarlaşdırılması ilə bağlı hərəkətləri koordinasiya edən Milli Komitə yaradılıb.

Anar ƏLİ

XQ

Dünya