Avropa turnirində qızıl və gümüş medal

post-img

Bosniya və Herseqovinanın paytaxtı Sarayevoda cüdo üzrə açıq Avropa turnirinin ilk günündə komandamız qızıl və gümüş medal qazanıb. 

Qızıl medalı yığmamızın aktivinə Nəriman Mirzəyev (73 kq) yazdırıb. İslam Rəhimov (66 kq) isə yalnız fi­nalda uduzaraq ikinci yerlə kifayətlə­nib. İlk günün nəticələrinə görə, Azər­baycan ümumi hesabda 3-cü pillədə qərarlaşıb. Fransa (1 qızıl, 1 gümüş, 3 bürünc medal) birinci, İsrail (1 qızıl, 1 gümüş, 2 bürünc medal) isə ikinci yerdədirlər. 

Komandamız turnirə 21 cüdoçu ilə qatılıb. Yarış sentyabrın 17-dək davam edəcək. 

Leyla SABİRQIZI
XQ

İdman