Orxan Məmmədov Türkiyə Futbol Federasiyasının prezidenti ilə görüşüb

post-img

Azərbaycan Minifutbol Federasiyasının (AMF) prezidenti və “Zirə” Peşəkar Futbol Klubunun Müşahidə Şurasının sədri Orxan Məmmədov İstanbulda Türkiyə Futbol Federasiyasının (TFF) prezidenti Mehmet Büyükekşi ilə görüşüb.

"XQ" klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, görüş zamanı federasiyaların fəaliyyəti ilə bağlı fikir mübadiləsi aparılıb, gələcəkdə mümkün layihələr və əməkdaşlıq perspektivləri müzakirə edilib. 

Bundan başqa, idarəetmə sahəsində müəyyən təcrübələr bölüşülüb. Tədbirin sonunda tərəflər bir-birilərinə xatirə hədiyyələri təqdim ediblər.

Elçin ABBASOV
XQ

İdman