Premyer Liqa: Bu gün “Zirə” “Sumqayıt”ı qəbul edəcək

post-img

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında VI tur start götürəcək. "XQ" PFL-ə istinadən xəbər verir ki, turun açılış matçında "Zirə" "Sumqayıt"ı qəbul edəcək.

Hazırda ölkə çempionatında turnir cədvəlinə 12 xalla "Zirə" komandası başçılıq edir. 7 xalı olan "gənclik şəhəri" təmsilçisi isə 4-cü pillədədir.

Qeyd edək ki, saat 17:00-da start götürəcək matçın baş hakimi Kamranbəy Rəhimovdur. Ona Rahil Ramazanov, Eyyub İbrahimov, Vüqar Həsənli kömək edəcəklər. Görüşün hakim-inspektoru Barış Şimşəkdir. Zirə İdman Kompleksinin stadionunda keçiriləcək matçın AFFA nümayəndəsi isə Məmmədəli Məmmədovdur.

Qeyd edək ki, turun digər qarşılaşmaları 16-17 sentyabrda olacaq.

Elçin ABBASOV
XQ

İdman