“Azərreyl” heyətini amerikalı voleybolçu ilə gücləndirib

post-img

Qadın voleybolçulardan ibarət Yüksək Liqa təmsilçisi “Azərreyl” heyətini daha bir legionerlə gücləndirib. "XQ" klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, “dəmiryolçular” amerikalı Tauri Mejinin keçidini rəsmiləşdiriblər.

186 santimetr boyu olan blokçu ilə bir mövsümlük müqavilə imzalanıb. O, ABŞ-ın “Texas Universiteti” komandasından transfer olunub. Meji karyerasında ilk dəfə ölkə xaricində oynayacaq.

Qeyd edilir ki, bununla da “Azərreyl”in rəsmi müqavilə bağladığı voleybolçuların sayı 7-yə çatıb. Daha öncə Aynur İmanova, Raziyə Əliyeva, Asiyat Abuyeva, Xanım Cəlilova, Aişə Alismanova, həmçinin xorvatiyalı Katarina Pilepiçlə danışıqlar müsbət yekunlaşıb. Türkiyəli təcrübəli mütəxəssis Cengiz Akarçeşme isə komandanın "sükanı arxasına" gətirilib.

Onu da əlavə edək ki, "Azərreyl" Çağırış Kubokunda Ukraynanın "Balta" kollektivi ilə üz-üzə gələcək. 1/32 final mərhələsində baş tutacaq qarşılaşmalar oktyabrda keçiriləcək

Elçin ABBASOV
XQ

İdman