45 yaşlı ölməz qəhrəman

post-img

Bu gün Azərbaycanın Milli Qəhrəmanı Pəncəli Teymurovun doğum günüdür.

Pəncəli Nurməhəmməd oğlu Teymurov 1981-ci il 24 mart tarixində Astara rayonunun Əzərüd kəndində anadan olub.
1986-1998-ci illərdə rayonun Asxanakəran tam məktəbində tam orta təhsil alıb. Hərbi xidməti başa vurduqdan sonra könüllü olaraq xidmətini yenicə yaradılan Azərbaycan Xüsusi Təyinatlı Qüvvələrinin kəşfiyyatçı-diversant taborunda davam etdirib və 17 il Azərbaycan ordusunda xidmət edib. 2016-cı ildə Tərtərdə igidliklə həlak olub. Ötən il Prezident sərəncamı ilə Milli Qəhrəman adına layiq görülüb.   

Şair sanki bu misraları məhz Pəncəli üçün yazıb:
Ölüm sevinməsin, qoy,
Ömrünü vermir bada
El qədrini canından 
Daha əziz bilənlər.
Şirin bir xatirətək
Qalacaqdır dünyada
Sevərək yaşayanlar,
Sevilərək ölənlər...

Ə.DOSTƏLİ
XQ

Sosial həyat