"The Best" mükafatına namizədlərin adları açıqlanıb

post-img

Beynəlxalq Futbol Federasiyaları Assosiasiyasl (FİFA) tərəfindən “The Best” mükafatına namizəd futbolçuların siyahısı və adları açıqlanıb. "XQ" FİFA-nın rəsmi saytına istinadən xəbər verir ki, 2023-cü ilin ən yaxşı futbolçusu adına 12 namizəd müəyyənləşib. 

Alif futbol qurumunun mütəxəssislərinin fikrincə, Xulian Alvares, Lionel Messi (hər ikisi Argentina), Marselo Brozoviç (Xorvatiya), Kevin De Bruyne (Belçika), İlkay Gündoğan (Almaniya), Erlinq Holann (Norveç), Rodri (İspaniya), Xviça Kvaratsxeliya (Gürcüstan), Kilian Mbappe (Fransa), Viktor Osimxen (Nigeriya), Deklan Rays (İngiltərə) və Bernardu Silva  (Portuqaliya) "The Best" mükafatına ən yaxşı namizədlərdir. 

Qeyd edək ki, 2022-ci ildə bu mükafata  hazırda "İnter Mayami" klubunda çıxış edən Argentina millisinin hücumçusu Lionel Messi layiq görülüb.

Elçin ABBASOV
XQ

İdman