Bu gün futbol üzrə Azərbaycan I Liqasında birinci turun daha üç matçı keçiriləcək. Turun ilk qarşılaşması saat 16:30-da başlayacaq. "Difai Ağsu" MOİK-i qəbul edəcək. Ağsu şəhər stadionunda keçiriləcək qarşılaşmanı hakim Namiq Bəkirov idarə edəcək.
Eyni vaxtda start götürəcək günün digər matçında "Zaqatala" "İrəvan"la üz-üzə gələcək. Oyunu referi Elvin Bayramov idarə edəcək. Matç Zaqatala Olimpiya İdman Kompleksində keçiriləcək.
Günün son matçı isə saat 17:00-da start götüeəcək. "Araz Saatlı" doğma meydanda "İmişli"ni qəbul edəcək. Saatlı Olimpiya İdman Kompleksində baş tutacaq görüşü hakim Vüqar Həsənli idarə edəcək.
Elçin ABBASOV,
XQ

