Bu gün SSRİ idman ustasının 100 yaşı tamam olur

post-img

Bu gün “Facebook” sosial şəbəkəsində dostluğumda olan Rasim Məmmədovun maraqlı paylaşımı diqqətimi cəlb etdi. Rasim müəllim öz paylaşımında Azərbaycan radiosunun diktoru olmuş, XX əsrdə Azərbaycanın 10 ən görkəmli idmançılarından biri, Azərbaycan SSR əməkdar artisti (1979), SSRİ idman ustası (1941) Züleyxa Hacıyevadan söhbət açaraq onun doğum günü barədə yazıb. 

Bəli, bu gün gimnastika üzrə 7 dəfə Azərbaycan çempionu (1941-1948) olmuş Züleyxa Hacıyevanın 100 yaşı tamam olur. O, 1942-1992-ci illərdə Azərbaycan radiosunun diktoru vəzifəsini daşıyıb. Ölkə idmanına verdiyi töhvə kimi Azərbaycan radiosunda da bir çox verilişlərin (“Səhər gimnastikası”, “Poeziya dəqiqələri”, “Axşamınız xeyir”) aparıcısı olmaqla radionun tarixində də dərin iz qoyub.

Elçin ABBASOV,
“Xalq qəzeti”

İdman