"Qarabağ"ın səfər proqramı açıqlanıb

post-img

UEFA Avropa Liqasının pley-off mərhələsində Sloveniyanın “Olimpiya” klubu ilə qarşılaşacaq Aödamın “Qarabağ” komandasının səfərdə keçirəcəyi ilk oyunun proqramı açıqlanıb.

Bildirilir ki, "Köhlən atlar" sabah adıçəkilən ölkəyə yollanacaq. Komandanı Sloveniyaya aparacaq təyyarə isə saat 11:00-da Heydər Əliyev Beynəlxalq Hava Limanından yola düşəcək.

Sabah qarşılaşmanın baş tutacağı “Stojitse” stadionunda "Qaravağ" futbolçularının oyndan öncə məşq prosesi baş tutacaq. Məşq prosesi Bakı vaxtı ilə saat 21:30-a planlaşdırılıb. Bundan 15 dəqiqə əvvəl isə baş məşqçi Qurban Qurbanovun mətbuat konfransı təşkil olunacaq.

Onu da qeyd edək ki, avqustun 24-də keçiriləcək “Olimpiya” – “Qarabağ” oyunu Bakı vaxtı ilə saat 22:00-da start götürəcək.

Elçin ABBASOV,
"Xalq qəzeti"

İdman