Nicat Abasovun rəqibi məlum olub

post-img

Azərbaycan şahmatçısı Nicat Abasovun Bakıda təşkil olunan Dünya Kubokunda 3-cü yer uğrunda oyunda qarşılaşacağı rəqib müəyyənləşib.

Azərbaycan Şahmat Federasiyasının məlumatına görə, 28 yaşlı qrossmeyster yarımfinalda Fabiano Karuana (ABŞ) ilə mübarizə aparacaq. 

Qeyd edək ki, üçüncü yer uğrunda oyunlar avqustun 22-24-də baş tutacaq.

Elçin ABBASOV,
"Xalq qəzeti"

İdman