Beynəlxalq turnirdə 2 qızıl medal

post-img

Kayak və kanoe üzrə yeniyetmə və gənclərdən ibarət yığma komandamız Rusiyanın Barnaul şəhərində SSRİ İdman ustası Konstantin Kostenkonun xatirəsinə həsr olunmuş beynəlxalq turnirdə 2 qızıl medal qazanıb. 

Bu barədə “Xalq qəzeti”nə Azərbay­can Kanoe və Avarçəkmə Federasiyasın­dan məlumat verilib. 

Belə ki, 1 nəfərlik kayak qayığında on beş yaşadək idmançılar arasında 1000 metr məsafəyə yarışda Əlimurad Ha­cızadə bütün rəqiblərini qabaqlamaqla fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Eyni yaş kateqoriyasında iki nəfərlik ka­yak qayığında 500 metr məsafəyə müba­rizədə isə Əlimurad Hacızadə və Vacib Babayev dueti birinci yeri tutub. 

Leyla SABİRQIZI, “Xalq qəzeti”

İdman