Nicat Abasov növbəti mərhələdə

post-img

Azərbaycan təmsilçisi Nicat Abasov Bakıda şahmat üzrə dünya kubokunda 1\16 final mərhələsində tay-brekdən qalib ayrılıb. 

Təmsilçimiz FIDE adından çıxış edən Pyotr Svidlerlə dueldən qalib ayrılmaqla karyerasında ilk dəfə dünya kubokunun 1\8 final mərhələsinə vəsiqə qazanıb. 

Nicat Abasovla Pyotr Svidler arasın­da ilk rapid oyunu bərabərliklə yekunla­şıb. İkinci rapid mübarizəsinin mittelşpi­lində mürəkkəb vəziyyət yaranıb. Nicat rəqibin piyadasını götürərək P.Svidlerin təşəbbüsünün qarşısını alıb. Sonda təm­silçimiz gözlənilməz taktiki gedişlə ağla­rın məğıubiyyətini rəsmiləşdirib. 

Qeyd edək ki, dünya kubokunda 1\8 final mərhələsinin ilk oyunları bu gün keçiriləcək. Nicat Abasovun rəqibi BƏƏ təmsilçisi Saleh Salem olacaq. 

Leyla SABİRQIZI, “Xalq qəzeti”

İdman