II MDB Oyunlarında daha 1 qızıl medal

post-img

Belarusun paytaxtı Minskdə keçirilən II MDB Oyunlarında Azərbaycan komandasının uğurlu çıxışı davam edir. 

Komandamızın aktivinə daha bir qızıl medalı Azərbaycan atıcısı Leyli Əliyeva yazdırıb. Pnevmatik tapançadan 10 metr məsafəyə atəş növündə hədəfi dəqiq nişan alan idmançımız bütün rəqiblərini qabaqlayaraq qalib adına layiq görülüb. Bununla da, yığmamızın əldə etdiyi qızıl medalların sayı 4-ə çatıb. 

Bundan əvvəl cüdoçularımızdan 3-ü qalib adına layiq görülüb, 1-i gümüş, 5-i bürünc medal əldə edib. Bədii gimnastika üzrə qrup hərəkətlərində komandamız çoxnövçülükdə 1 bürünc, 5 ip, 5 topla isə 2 bürünc, yunan-Roma güləşçilərimiz 5 gümüş, 4 bürünc medala sahib olublar. Daha 2 bürünc medalı isə boksçularımız qazanıblar.

Leyla SABİRQIZI, “Xalq qəzeti”

İdman