“Qarabağ” geriləyib, “Neftçi” irəliləyib

post-img

Azərbaycan klublarının UEFA reytinqindəki mövqeləri açıqlanıb.

Son 5 mövsümdə toplanan əmsalların cəminə əsasən tərtib edilən siyahıda “Qarabağ” ən yüksək reytinqli Azərbaycan klubudur. UEFA Çempionlar Liqasının II raundunda Polşa komandası “Rakuv”a iki görüşün cəmində uduzması Ağdam təmsilçisinin geriləməsi ilə nəticələnib. Qurban Qurbanovun yetirmələri bir pillə geriləyərək 24.500 xalla 62-ci yerdə qərar tutub. 10.000 əmsalı “Neftçi” 3 komanda ilə birlikdə 135-ci pilləni bölüşür. “Ağ-qaralar” 2 pillə irəliləyib. 

Reytinqdə geriləyən “Qəbələ” 4.500 xalla 268-ci sıradadır. Azərbaycan çempionatının digər iştirakçılarından “Sumqayıt”, “Şamaxı”, “Sabah”, “Zirə” və “Səbail” “300-lük”dən kənardadırlar.

Reytinq cədvəlində İngiltərə təmsilçisi “Mançester Siti” (124.000) liderdir. Sonrakı yerləri  Almaniyanın “Bavariya” klubu (120.000) və Madrid “Real”ı (106.000) tutur. 

Leyla SABİRQIZI, “Xalq qəzeti”

İdman