“Arsenal” növbəti dəfə İngiltərə Superkubokunu qazanıb

post-img

Həftəsonu İngiltərə Superkuboku uğrunda “Arsenal” və “Mançester Siti” klubları arasında keçən görüşün əsas vaxtı 1:1 hesablı heç heçə ilə başa çatıb. Qalib isə 11 metrəli cərimə zərbələri (penaltilər seriyası) əsasında müəyyənləşib. Bu barədə “futbolhd” saytı məlumat yayıb.

Bildirilir ki, Superkubokun qalibi “Arsenal” klubu olub. Londondakı “Uembli” stadionunda keçirilən matçın biorinci hissəsi 0:0 hesablı heç-heçə ilə başa çatıb.

İkinci hissədə daha fəal oyun nümayiş etdirən “Mançester Siti” 77-ci dəqiqədə  Koul Palmerin qolu ilə hesabı açıb-1:0. Lakin sonadək mübarizə aparan “Arsenal”ın heyətin Leandro Trossard 90 dəqiqəyə əlavə edilmiş vaxtın son saniyələrində  (90+11) hesaba tarazlıq gətirib.
Penaltilər seriyası  “Arsenal”ın 4:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Bununla da “Arsenal” 17-ci dəfə İngiltərə Superkubokunun qalibi olub.  

Elçin ABBASOV,
“Xalq qəzeti”

İdman