“Qəbələ” bu gün Avropa Konfrans Liqasının 2023/2024 mövsümündə mübarizəyə başlayıb.
II təsnifat mərhələsinin ilk oyununda "Qəbələ" evdə Kiprin “Omoniya” komandasını qəbul edib..
Qəbələ şəhər stadionunda keçirilən qarşılaşma Azərbaycan təmsilçisinin məğlubiyyəti ilə başa çatıb-3:2.
Bu komandalar arasında cavab oyunu bir həftə sonra – avqustun 3-də Kiprdə keçiriləcək.
"Xalq qəzeti"