Dünya çempionatının medalları və maskotu təqdim olunub

post-img

Bakıda keçiriləcək Atıcılıq üzrə 53-cü Dünya Çempionatının loqosu, medalları və maskotu ictimaiyyətə təqdim olunub. Bu barədə Bakıda keçirilən Atıcılıq üzrə 53-cü Dünya Çempionatı ilə bağlı mətbuat konfransında bildirilib. 

Onu da əlavə edək ki, çempionatın maskotu “Targy” adlanacaq. "Targy" sözü ingilis dilindən tərcümədə “hədəf” mənasını verir.

Qeyd edək ki, dünya çempionatı avqustun 14-dən sentyabrın 1-dək davam edəcək. Avqustun 15-də Kristal Zalda dünya çempionatının rəsmi açılış mərasimi baş tutacaq.

Elçin ABBASOV,
"Xalq qəzeti"

İdman