Tribunalardan UEFA Çempionlar Liqasının I təsnifat mərhələsinin cavab oyunlarını izləyən azarkeşlərin sayı açıqlanıb.
“Qarabağ”ın Bakıda Cəbəllütariqin “Linkoln” klubuna 4:0 hesabı ilə qalib gəldiyi oyun azarkeşlərin sayına görə siyahıda ikinci yerdədir. Bakı Olimpiya Stadionundakı matça 19 453 nəfər azarkeşlik edib.
Ən çox tamaşaçı sayı “Makkabi” (Hayfa, İsrail) - “Hamrun” (Malta) oyununda qeydə alınıb. İsrail klubunun 2:1 hesabı ilə qalib gəldiyi qarşılaşmanı 28 613 nəfər canlı izləyib.
Xatırladaq ki, “Qarabağ” Çempionlar Liqasının II təsnifat mərhələsində Polşanın “Rakuv” klubu ilə qarşılaşacaq. İlk oyun iyulun 26-da səfərdə, cavab görüşü isə bir həftə sonra evdə keçiriləcək.
L.SABİRQIZI, “Xalq qəzeti”

