AFFA: Belarus Futbol Federasiyası ilə əməkdaşlıq müzakirə edilib

post-img

AFFA-nın baş katibi Sərxan Hacıyev Belarus Futbol Federasiyasının prezidenti Nikolay Şerstnyovla görüşüb. 

Görüşdə AFFA ilə Belarus Futbol Federasiyası arasında əməkdaşlıq barədə fikir mübadiləsi aparılıb. N.Şerstnyov qonaqpərvərliyə və “Dinamo” (Minsk) – “Jelezniçar” oyununun yüksək səviyyədə təşkilinə görə minnətdarlığını bildirib. 

Mərasimdə Belarus Futbol Federasiyasının vitse-prezidenti Andrey Vasile­viç, baş katibi Sergey Jardeçkiy də iştirak ediblər. 

Qeyd edək ki, Belarus Futbol Federasiyasının prezidenti Nikolay Şerstnyov “Azersun Arena”da keçirilmiş “Dinamo” (Minsk) – “Jelezniçar” (Bosniya və Her­seqovina) oyununu izləmək üçün ölkəmizə səfərə gəlib. 

L.SABİRQIZI, “Xalq qəzeti”

İdman