Azərbaycanın qadın basketbolu tarixində ilk dəfə yığmamız FİBA-nın bayrağı altında təşkil olunan qitə birinciliyinin seçmə mərhələsində mübarizə aparacaq.
Belə ki, qadın basketbolçularımız 2025-ci ildə keçiriləcək Avropa çempionatının (EUROBASKET) seçmə mərhələ oyunlarında iştirak edəcək.
Avropa çempionatının final mərhələsinin baş tutacağı ölkələrin adları hələlik məlum deyil.
L.SABİRQIZI, “Xalq qəzeti”

