Azərbaycan kuboku: Yeni mövsümün təqvimi müəyyənləşib

post-img

Komandalar turnirdə mübarizəyə noyabrda start verəcəklər. Bu barədə Peşəkar Futbol Liqası məlumat yayıb. 

2023–2024-cü illər mövsümünün təqviminə görə həmin ay ilk iki təsni­fat mərhələsinin matçları olacaq. Əsas mübarizə - səkkizdəbir final mərhələsi isə dekabrın 19–20-də baş tutacaq. Bu raundların hamısında qalib bir oyunla bilinəcək. Ölkə kuboku yarışlarında dörddəbir final mərhələsinin görüşləri gələn ilin yanvar-fevral aylarına təsadüf edəcək. Apreldə isə yarımfinalın həm ilk, həm də cavab qarşılaşmaları təşkil olunacaq. Turnirin final matçı iyunun 2-də gerçək­ləşəcək və bununla mövsüm başa çatacaq. 

Qeyd edək ki, ölkəmizdə 2023-2024-cü illər mövsümünə avqustun 4-6-da keçiriləcək Premyer Liqanın birinci tur oyunları ilə start veriləcək. 

L.SABİRQIZI, “Xalq qəzeti”

İdman