Qurtuluş günü münasibətilə sərbəst güləş yarışı

post-img

Azərbaycan İdman Jurnalistləri Assosiasiyasının (AİJA) təşkilatçılığı ilə Qaradağ rayonu Sahil qəsəbəsində yerləşən 16 saylı peşə liseyinin idman zalında "Milli Qurtuluş Günü" münasibətilə  15 və 17 yaşlı idmançılar arasında sərbəst güləş yarışı keçirilib.

Bakı və Sumqayıt şəhərlərindən 70-ə yaxın idmançısının qatıldığı yarışın təntənəli açılışında dövlət himnimiz səslənıb, Azərbaycanın bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin, Ulu Öndər Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. 

AİJA prezidenti, əməkdar jurnalist Eldar İsmayılov, Qaradağ Rayon İcra Hakimiyyəti ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Munis Bayramov, rayon gənclər və idman idarəsinin rəisi Elçin Abbasov, liseyin direktoru Şakir Hüseynov yarışa qatılanları salamlayaraq onlara qələbə sevinci arzulayıblar. 

Gün ərzində gərgin mübarizə şəraitində keçən yarışda qaliblərə AİJA-nın diplom və mükafatları təqdim edilib. 

Elçən AĞALAR,
“Xalq qəzeti”











İdman