"Neftçi" Dünya Qadın Seriyasının Şuşa mərhələsində çempion oldu

post-img

3x3 basketbol üzrə Dünya Qadın Seriyasının tarixində bir ilk yaşanıb. Belə ki, Azərbaycan təmsilçisi "Neftçi" klubu 3x3 basketbol üzrə Dünya Qadın Seriyasının Şuşa mərhələsinin qalibi olub.

Bununla da "Neftçi" klubu adını tarixə yazdırmağı bacarıb.

Qeyd edək ki,  "Neftçi" klubu finalda Niderland millisinə qalib gəlib. Yeri gəlmişkən, "Neftçi" kommersiya klubu olaraq çempionluq qazanan ilk kollektiv olub.

Elçin ABBASOV,
"Xalq qəzeti"

İdman