Misir Ərəb Respublikasının paytaxtında ümummilli lider Heydər Əliyevin 100 illik yubileyi ilə əlaqədar Azərbaycan və Misir idmançıları arasında kikboksinq yarışı keçirilib.
Ölkəmizin Misirdəki səfirliyinin və Azərbaycan Kikboksinq Federasiyasının birgə təşkilatçılığı ilə keçirilən yarışın açılışında Azərbaycan parlamentinin sədrinin müavini, Gənclər və idman komitəsinin sədri Adil Əliyev çıxış edib.
Adil Əliyev ümummilli liderin əsasını qoyduğu bədən tərbiyəsi və idman siyasətinin bu gün öz uğurlu nəticələrini verdiyini, Azərbaycanın artıq dünyada idman ölkəsi kimi tanındığını da diqqətə çatdırıb.
“Heydər Əliyev kuboku” uğrunda keçirilən yarışda Azərbaycan idmançıları 5:4 hesabı ilə qalib gələrək kubokun sahibi olublar.
“Xalq qəzeti”

