Qırğızıstanın paytaxtı Bişkekdə güləş üzrə reytinq seriyasının üçüncü mərhələsində Azərbaycan güləşçiləri 1 qızıl, 2 gümüş və 1 bürünc medal qazanıblar.
Qızıl medala 74 kiloqram çəki dərəcəsində çıxış edən Turan Bayramov sahib olub. Eyni çəkidə mübarizə aparan Cəbrayıl Qadjiyev gümüş medal qazanıb. Komandamızın digər üzvü Abubakr Abakarov (86 kq) da ikinci yeri tutub.
Millimizin üzvü Xadjimurad Qadjiyev isə bürünc medala layiq görülüb.