Futbol üzrə Azərbaycan kuboku yarışlarında yeni rekord müəyyənləşib. Belə ki, “Bakcell Arena”dakı “Neftçi” ilə “Qəbələ” arasında finalı 9 min tamaşaçı izləyib.
Bu, mövsümün 19 kubok oyununun ən yüksək göstəricisi hesab olunur. Finala qədər isə rekord 5 min olub.
Ümumilikdə, kubok yarışlarının 19 matçında 31 min 980 izləyici qeydə alınıb. Orta hesabla hər oyunu 1683 tamaşaçı izləyib.