Triatlon üzrə “IronWind” keçirilib

post-img

Bakının Pirallahı rayonundakı Nərəkənd parkında ulu öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş triatlon üzrə “IronWind” açıq ölkə turniri keçirilib. 

Azərbaycanla yanaşı, Türkiyə, ABŞ, Böyük Britaniya, Xorvatiya, Rusi­ya və digər ölkə təmsilçilərinin də işti­rak etdiyi yarışda 83 idmançı gücünü sınayıb. 

Qadınların “Absolute” kateqoriyası üzrə yarışında ilk üçlükdə İnna Anisi­mova, Rabiyə Oruclu və Natalya Vallek yer alıblar. Kişilərin mübarizəsində isə Oleksandr Mordasov birinci olub. Tey­mur Fərəcov yarışı ikinci, Konstantin Vedmed isə üçüncü pillədə başa vu­rublar. 

L.QURBANOVA, “Xalq qəzeti”

İdman