Təhlükəsiz ödəniş kartı

post-img

“Samsung” şirkəti kartlarla gündəlik əməliyyatları daha təhlükəsiz və rahat etmək üçün “Biometric Card IC” kartını təqdim edib. Bu yeni karta NFC çipi, barmaq izi skanı texnologiyası və xüsusi təhlükəsizlik prosessoru əlavə edilib. Məlumatı “samsung.com” saytı paylaşıb. 

Yeni texnologiya kart sahiblərinə şəxsi identifikasiya nömrəsi (PIN) və ya imza əvəzinə barmaq izlərindən is­tifadə etməyi təklif edir. Bu isə əməliyyatları daha sürətli edir və asanlaşdırır. Həmçinin kart oğurlansa və ya itiril­sə belə, saxta ödənişlər etmək mümkünsüz olur. 

Biometrik kart adlanan ödəniş kartına üç ədəd rəqəmsal barmaq izi şablonu əlavə etmək olar. Ödə­niş etmək üçün kart terminala yaxınlaşdırılır və kartda quraşdırılmış sensora barmaqla (adətən baş barmaq) toxunulur. Biometrik uyğunluq yoxlanılır və proses da­vam edir. 

Qeyd edək ki, şirkətin əsas məqsədi funksionallığı itirmədən xərcləri azaltmaqdır. 

Əfsanə ƏHƏDLİ, “Xalq qəzeti”

Dünya