Yadplanetlilər siqnal göndərirlər?

post-img

Tədqiqatçılar qalaktikadakı ulduzların sıx yerləşdiyi ərazini yaxından müşahidə etməklə, yerüstü yüksək inkişaf etmiş sivilizasiyaların mövcudluğu ilə bağlı araşdırmalarını genişləndirirlər. Və yadplanetlilər tərəfindən potensial olaraq yaradıla bilən, əvvəllər də diqqətdən kənarda qalmış siqnal növünü izləyirlər. 

Elm adamlarının dediyinə görə, bu yeni təşəbbüs qabaqcıl sivilizasiyalara ulduzlararası məkanda yer­ləşən geniş məsafələrdə bir-biri ilə əlaqə qurmağa im­kan verəcək. Bunun üçün alimlər fərqli siqnal növündən istifadə edirlər. 

Bu genişzolaqlı “pulsasiya” adlanan siqnallar radar ötürülməsində istifadə olunan impulslara bənzəyir, hər 11-100 saniyədən bir təkrarlanır və bir neçə meqaherts boyunca yayılır.

Fidan SALMANOVA, “Xalq qəzeti”

Dünya