NASA Marsa insan göndərməyə hazırlaşır

post-img

2025-ci ildə Ayda baza qurmaq niyyətində olan ABŞ Milli Aeronavtika və Kosmik Tədqiqatlar Agentliyi (NASA) hazırda Marsa missiya hazırlığındadır. “2040-cı ildə insanlar Marsa çata bilər”. 

Bu fikri NASA rəhbəri Bill Nelson “El Mun­do” nəşrinə müsahibəsində deyib: “Aya üç-dörd günə çatmaq olar, lakin Mars çox uzaq­dadır. Oraya çatmaq üçün yeddi və ya səkkiz il vaxt lazım olacaq. Planetlərin mövqeyi geri dönüş səyahətinə qayıtmağa imkan verənə qədər, altı aydan səkkiz aya kimi bir neçə il Marsda qalmalı olacaqlar”. 

Bundan əvvəl isə Rusiyada Marsa mis­siyanın hazırlanmasından danışırdılar. “Ay ekspedisiyalarının toplanmış təcrübəsi bu­nun üçün faydalı olacaq. “Kosmik texnika və texnologiyalar” jurnalında çap olunan məqalədə deyilir ki, astronavtların Marsa uçuş üçün hazırlanması Yerin aşağı orbitində uzunmüddətli pilot uçuşlar zamanı əldə edil­miş təcrübəyə əsaslanacaq. 

P.ŞÖVKƏTOĞLU, “Xalq qəzeti”

Dünya