Eyni miqdarda sərin su ilə qarışdırılmış alma şirəsi isti havada sərinlənmək üçün ən yaxşı içkidir. Şirələrin istehsalı üzrə layihə rəhbərləri isti havada tərlə birgə bədənindən duzların da itirildiyini bildirirlər. Onların fikrincə, belə olanda adi su içmək azdır. Alma şirəsi orqanizmin duz balansını da təmin edir.
Kanadalı alimlərin tədqiqatlarına görə, bu içki susuzlama zamanı insana köçürülən məhlula alternativdir. Onu uşaqlara və yaşlılara xüsusilə vermək lazımdır.
Bu şirədə ürək sistemi üçün vacib olan kalium var. Yayda şirəni birbaşa yox, sərin su ilə qarışdırıb içmək lazımdır. İsti havalarda gün ərzində 1–2 stəkandan artıq şirə içmək olmaz. Turş və şirələrə üstünlük vermək lazımdır: portrağal, qreypfrut və giləmeyvələr. Onlarda olan orqanik turşular bədənə, beyinə lazım olan maddələri verəcək.
Z.HÜSEYNOVA, “Xalq qəzeti”