Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin məlumatına əsasən iyunun 6-da Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.Lakin səhər bəzi yerlərdə yağış yağacağı ehtimalı var.
Şimal-qərb küləyi əsəcək, bəzi yerlərdə arabir güclənəcək. Gecə 17-22°, gündüz 23-28° isti olacaq.Atmosfer təzyiqi 758 mm civə sütunundan 762 mm civə sütununa yüksələcək, nisbi rütubət gecə 70-80, gündüz 50-50 faiz olacaq. Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv və güclü olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, bəzi yerlərdə arabir güclü olacaq. Havanın temperaturu gecə 18-23° , gündüz 26-31°, dağlarda gecə 7-12°, gündüz 13-18°, bəzi yerlərdə 20-23° isti olacaq.
Q. QASIMOV, “Xalq qəzeti”