Bişkekdə bürünc medal

post-img

Qırğızıstanın paytaxtı Bişkekdə güləş üzrə Reytinq Seriyasının 3-cü mərhələsinə start verilib. Yarışın 2-ci günündə 2 qadın güləşçimiz mübarizə aparıb.

"Xalq qəzeti" Azərbaycan Güləş Federasiyasına istinadən bildirir ki, 57 kq çəki dərəcəsində mübarizə aparan həmyerlimiz Jalə Əliyeva döddəbir finalda çinli Kexin Honqa 1:12 hesabıyla məğlub olub. Ancaq rəqib finala yüksəldiyi üçün Jalə axşam seansında türkiyəli Elvira Kamaloğlu ilə bürünc medal görüşünə çıxıb. Rəqibinə 8:4 hesabıyla qalib gələn Jalə Əliyeva üçüncü yeri tutub.

62 kq çəki dərəcəsində yarışan digər güləşçimiz Elis Manolova ilk mərhələdə özbəkistanlı Dilfuza Aimbetovaya "tuş"la qalib gəlsə də, dörddəbir finalda almaniyalı Luisa Niemeşə 1:2 hesabıyla məğlub olub. Rəqib finala yüksələ bilmədiyi üçün Elis mübarizəni dayandırıb.

Qeyd edək ki, turnirdə ədaləti I kateqoriyalı hakim Elman İsmayılov qoruyur.

"Xalq qəzeti"

İdman