Basketbol üzrə gənclərdən ibarət millimiz təlim-məşq toplanışında

post-img

"Xalq qəzeti" Azərbaycan Basketbol Federasiyasına istinadən bildirir ki, 1 iyun tarixindən etibarən basketbol üzrə oğlanlardan ibarət U-16 və U-18 yığma komandalarımız Qax Olimpiya İdman Kompleksində təlim-məşq toplanışına start veriblər. Tahir Baxşıyev və Polad Həsənovun  rəhbərlik etdiyi yığmalarımız gündə iki dəfə olmaqla, müntəzəm şəkildə məşqlərini davam etdirirlər.

U-16 və U-18 millilərimizin hazırlıq prosesindəki əsas məqsədləri, müvafiq olaraq 19-27 iyul Kosovanın Priştina və 29 iyul - 6 avqust Bakı şəhərlərində keçiriləcək Avropa çempionatı "C" divizionlarının oyunlarına hazırlaşmaqdır.

Qeyd edək ki, təlim-məşq toplanışı 15 iyun tarixinə qədər davam edəcək.

"Xalq qəzeti"

İdman