Ukrayna Almaniyanı məğlub etdi

post-img

Bu gün Astarada 3x3 basketbol üzrə Dünya Qadın Seriyasının "Astara" mərhələsi start götürüb. İlk öncə meydançaya Almaniya və Ukrayna komandaları çıxıblar. Oyuna daha fəal başlayan Almaniya seçməsi görüşün ilk dəqiqələrində hesabda rəli çıxsalar da, lakin ukraynalı qızlar əzmkar mübarizəsi sayəsində ilk 5 dəqiqəsində hesab beş-beş olub. Lakin 10 dəqiqəlik əsas vaxtın geridə qalan beş dəqiqəsində daha dəqiq oynayan Ukrayna seçməsi 15:14 hesabı ilə qalib gəldi.

Elçin ABBASOV,
"Xalq qəzeti"



İdman