Bu gün bir qrup idman jurnalistinin Astaraya səfəri təşkil olunub. Səfər 3x3 basketbol üzrə Dünya Qadın Seriyasının "Astara" mərhələsinin işıqlandırılması məqsədilə Azərbaycan Basketbol Federasiyası tərəfindən təşkil edilib.
Səhər saat 8:00-da "Gənclik Mall" Ticarət Mərkəzinin qarşısına toplaşan media nümayəndələrinin federasiya tərəfindən təşkil olunmuş "Daewo" markalı mikroavtobus vasitəsilə Astara turnesi başlayıb.
Elçin AĞAMİRZƏ,
"Xalq qəzeti"

