Futzal üzrə Azərbaycan Yüksək Liqasında 2022-2023-cü il mövsümünün qalibi müəyyənləşib.
Belə ki, finalda "Araz-Naxçıvan" və "Neftçi" komandaları üz-üzə gəliblər. Bakı İdman Sarayında keçirilən matç "Araz-Naxçıvan" klubunun 4:1 hesablı qələbəsi ilə yekunlaşıb.
Qeyd edək ki, bununla da Naxçıvan təmsilçisi 17-ci dəfə Azərbaycan çempionu olub.
Onu da əlavə edək ki, "Baku Fire" 3-cü yer uğrunda oyunda "Record club"u 23:3 hesabı ilə məğlub edərək bürünc medallara sahib çıxıb.
Elçin AĞAMİRZƏ,
"Xalq qəzeti"