Azərbaycan millisini türkiyəli mütəxəssis çalışdıracaq

post-img

Qadın voleybolçulardan ibarət Azərbaycan yığmasının yeni baş məşqçisi bəlli olub. Azərbaycan Voleybol Federasiyasının mətbuat xidmətindən "Xalq qəzeti"nə bildiriblər ki, millimizin baş məşqçisi postuna türkiyəli mütəxəssis Ataman Güneyligil təyin olunub. 

Qeyd edək ki, bununla əlaqədar bu gün saat 12:00-da Voleybol Mərkəzində yeni baş məşqçi Ataman Güneyligilin iştirakı ilə mətbuat konfransı keçiriləcək. Bütün idman jurnalistləri konfransa dəvətlidir.

Elçin AĞAMİRZƏ,
"Xalq qəzeti"

İdman