Çempionlar Liqası: “Mançester Siti” səfərdə “Real”la  heç-heçə oynayıb

post-img

UEFA Çempionlar Liqasında (ÇL) yarımfinal mərhələsinə start verilib. Yarımfinalın ilk oyunu Madriddə keçirilib. Turnirin son qalibi olan İspaniyanın “Real” klubu İngiltərə “Mançester Siti” komandasını qəbul edib.

“Santyaqo Bernabeu”da keçirilən qarşılaşmada hesabı 36-cı dəqiqədə meydan sahibləri açıblar. “Real”ın qolunun müəllifi  Vinisius Junior olub.

Lakin buna baxmayaraq qarşılaşmada əzmkar mübarizə aparan “Mançester Siti” klubu 67-ci dəqiqədə Kevin De Bruynenin qolu ilə hesabı bərabərləşdirib. Beləliklə, matç 1:1 hesabı ilə başa çatıb.

Bu komandalar arasında cavab oyunu mayın 17-də Mançesterdə keçiriləcək.

Qeyd edək ki, yarımfinal mərhələsinin digər görüşündə bu gün İtaliya klubları “Milan”la “İnter” üz-üzə gələcəklər.

Elçin AĞAMİRZƏ,

“Xalq qəzeti”

İdman