Çempionlar Liqası: Yarımfinalın ilk oyunlarına Milan derbisi ilə yekun vurulacaq

post-img

Bu gün UEFA Çempionlar Liqasında yarımfinal mərhələsinin ilk oyunlarına yekun vurulacaq. Bu mərhələnin ikinci matçında İtaliyanın “Milan” klubu  eyni adlı şəhərin “İnter” komandasını qəbul edəcək.

“San Siro” stadionundakı görüşü ispaniyalı Xesus Xil Mansano idarə edəcək. Laysmanlar Diyeqo Barbero Sevilya və Anxel Nevado Rodriges, 4-cü hakim isə ispaniyalı Xose Sançes Martines olacaq.

Komandalar arasında cavab matçı mayın 16-da eyni şəhərin eyniadlı stadionunda keçiriləcək.

Elçin AĞAMİRZƏ,

“Xalq qəzeti”

İdman