Avarçəkənlərimiz “Prezident kuboku-2023” reqatasını 14 medalla başa vurublar

post-img

Ulu öndər Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr edilən “Prezident kuboku-2023” beynəlxalq reqatası yarışları başa çatıb. Mingəçevirdəki “Kür” Olimpiya Tədris-İdman Mərkəzində təşkil edilən yarışın son günündə idmançılarımız 5 medala sahib olublar. 

Vacib Babayev və Nihad Rəhimov cütlüyü 2009-2010-cu il təvəllüdlü oğlanların mübarizəsində ikinəfərlik kayakla 200 metr məsafəyə yürüşdə hamını üstələyiblər. Sahib Əyyubzadə - Nuran Rəhimli dueti üçüncü pillədə qərarlaşıb. 

2005-2006-cı il təvəllüdlü oğlanların 2 nəfərlik kayakla eyni məsafəyə yarışında isə Maarif Qarayev - Rüfət Rəhimov cütlüyü gümüş, Emil Allahverdiyev - Amil Süleymanov dueti bürünc medal qazanıb. 

Akademik avarçəkmə üzrə 1 nəfərlik qayıqla 1000 metr məsafəyə yürüşdə Tunar Cəfərli üçüncü yeri tutub.

Bununla da, Azərbaycan avarçəkənləri "Prezident Kuboku-2023" beynəlxalq reqatasında 14 medal (2 qızıl, 3 gümüş, 9 bürünc) qazanıblar.

Elçin AĞAMİRZƏ,
"Xalq qəzeti"

İdman