Avroviziya həyəcanına sayılı günlər qalıb

post-img

Ötən il “Avroviziya” musiqi yarışmasında qalib olmuş Kaluş Orkestri Liverpulda konsert proqramı ilə çıxış edib.

Musiqiçi qrup tədbirdə bütün dünyaya Ukraynanı unutmamaq üçün “Müharibə hələ bitməyib. Və insanlara xatırlatmaq istəyirik ki, bu dəhşəti unutmasınlar” başlığı altında mesaj veriblər.

Avroviziya pərəstişkarları musiqiçi qrupun mesajına dəstək veriblər. Belə ki, başlarına çəhrayı vedrə formasında papaq geyinən tədbir iştirakçıları Ukrayna bayrağını dalğalandırıblar. 

Qeyd edək ki, şənliklər mayın 13-ü şənbə günü keçiriləcək möhtəşəm final gününə qədər davam edəcək.

Böyük finalda çıxış edəcək orkestr üzvləri tədbirin açılışını “Yeni nəslin səsləri” adlı tamaşa ilə edəcəklər.

Liverpul şəhərində bir çox başqa tədbirlərlə yanaşı 15.000 nəfərdən ibarət “Avroviziya kəndi” adlanan şəhərcikdə gündəlik şoular da təşkil edilir.

Fidan Salmanova,

 “Xalq qəzeti”

Mədəniyyət